MilliYol.Az xəbər verir ki,bu gün Gürcüstan parlamentində daha bir azərbaycanlı Xocalı faciəsinin 25 illiyi ilə bağlı çıxış edib.
Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov Xocalı soyqırımının erməni quldurları və 366-cı alay tərəfindən törədildiyini bildirib: “Mən bu ölkənin vətəndaşıyam, amma etnik azərbaycanlıyam. 25 il öncə mənim xalqıma qarşı Xocalıda vandalizm törədilib. Gecə yarısı dinc insanlara qarşı, qoca, qadın və uşaq demədən, hətta qundaqda olan körpələrə belə divan tutulub, insanlar qətlə yetirilib. Bu soyqırımı sovet ordusunun 366-cı alayı erməni quldurları ilə birlikdə törədib”.
Deputat Xocalı soyqırımını dünyanın 100-dən çox ölkəsinin tanıdığını da söyləyib: “Dünyanın 100-dən çox ölkəsində, o cümlədən ABŞ-da 21 ştat tərəfindən bu soyqırım tanınıb. Mən çox istərdim ki, Gürcüstan parlamenti də Xocalı soyqırımına düzgün qiymət versin”.(apa)
MilliYol.Az
Digər xəbərlər
loading...