Mehriban xanım uzun illərdir Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzu: itki və tələfatlar" mövzusunda Beynəlxalq Konfransın və "İşçi Qrupu" tərəfindən hazırlanmış növbəti hesabatın təqdimatında deyib.
N.Məmmədov bildirib ki, ümumiyyətlə, ötən il referendumdan sonra məlum olanda ki, Azərbaycanda birinci vitse-prezident postu olacaq, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban xanımı görürdü. Bu da artıq Mehriban xanımın bu illər ərzində özünün qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də ölkə xaricində bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyi, maraqların qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu, Azərbaycanın indiki dövrdə sabitliyinin, inkişafının, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanım öz fəaliyyəti, istedadı, yorulmaz çalışması ilə Azərbaycanın dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...