Rusiyanın Çeçenistan Respublikasında hərbçilərin iştirakı ilə qeyri-adi avtomobil qəzası baş verib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, qəzaya sərxoş rus hərbçiləri səbəb olub.
Belə ki, hərbçilərin idarə etdiyi «BMP» hərbi piyada maşını sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində bir neçə nəfər dünyasını dəyişib. Ölənlər arasında uşaq da olub.
Qəza baş verdikdən sonra hadisə yerinə gələn Çeçenistan polisi araşdırmalara başlayıb. Aparılan araşdırmalar nəticəsində rus hərbçilərin sərxoş olduğu ortaya çıxıb. Çeçen polislər Rusiya hərbçilərinin hadisə yerindən qaçmalarını əngəlləmək üçün nəzarətə görürüblər.
Daha sonra ölümlə nəticələnən qəzadan hiddətlənən çeçen polislər rus əsgərləri döyməyə başlayıblar. Baş verənlər hadisə şahidlərindən biri tərəfindən lentə alınıb. (Missiya.az)
MilliYol.Az
Digər xəbərlər
loading...