ABŞ prezidenti Donald Trump-ın administrasiyası qeyri-leqal mühacirlərin deportasiya olunması üzrə yeni, daha sərt qaydalar hazırlayıb
Hakimiyyət bu yolla deportasiya olunmuşların sayını artırmağa ümid edir.
Yeni tədbirlər, ilk növbədə, cinayət törətdiyinə görə məhkum olan və ölkə sabitliyinə təhlükə kəsb edən və ABŞ ərazisinə yeni gələnlərə aiddir. Hökümət yol qaydalarını pozmuş miqrantlarla ciddi cinayət törətmiş şəxslər arasında fərq qoymayacaq.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən dərc edilmiş sənəddə göstərilir ki, ölkə hakimiyyəti qeyri-leqal miqrantların çox hissəsini ölkədən çıxarmağı prioritet hesab edir.
Yeni qaydalar ABŞ-da mövcud olan qanunları dəyişmir, lakin onların tətbiq təcrübəsini sərtləşdirir.
Ağ Evin mətbuat katibi Shon Speicer çərşənbə axşamı bildirib ki, yeni qaydalar kütləvi deportasiyaya gətirib çıxarmayacaq. Lakin qaydalar hüquq-mühafizə orqanlarına daha çox səlahiyyət verəcək.
Bu sənəd Barack Obama zamanı qəbul edilmiş uşaq olarkən ABŞ ərazisinə düşmüş qanunsuz miqrantları müdafiə sistemini rədd etmir. Təxminən 750 min gənc bu qanunla qorunur. Lakin Trump administrasiyası qanunsuz şəkildə ölkəyə uşaqlarını keçirən valideynlərin cəzalandırmağı istəyib.
Ağ Ev bu tədbirlərin tətbiqi üçün MTN-in daha çox adam işə götürməsi üçün Konqresdən maliyyə resursları ayrılmasını istəyir. Miqrasiya polisinə əlavə 10 min nəfərin, sərhəd patruluna isə 5 min nəfərin qatılacağı planlaşdırılır (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...