Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb.
İstiPress-in "szaopressa.com" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur.
Məlumatda qeyd olunur ki, Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır.
Azərbaycan Ermənistandan 20 dəfə çox silah aldı
Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var.
Hesabatda qeyd edilir ki, silah satışına görə ilk yerləri ABŞ və Rusiya bölüşür. Satılan silahların 74%-i ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına düşür. Rusiya və ABŞ-ın birgə payı isə 56 faizdir.
MilliYol.Az
Digər xəbərlər
loading...