Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
MilliYol.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Zamində olan Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Sona Kərimova isə 2700 manat cərimələnib.
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.
Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu yazılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...