Moskva Avropanın ən dinc və demokratik ölkəsini hədəfə alıb
Rusiya səfirliyi Norveç hökumətinə qarşı xüsusi bəyanat yayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, səfirliyin bəyanatında Norveç və Rusiya arasında münasibətlərin soyuq müharibənin bitməsindən bu yana “ən soyuqlaşmış dövrünü” yaşadığı vurğulanır.
Norveçin “Dagblabet” qəzetinin yazarı Morten Strandın yazdığına görə, məktubda Norveç hökumətinə qarşı təhdidlər də yer alıb.
“Bizim qarşılıqlı münasibətlərimiz Norveç tərəfinin xatırlatdığı kimi yalnız balıqçılıq, ətraf mühitin mühafizəsi, nüvə və radiasiya təhlükəsizliyi, axtarış və xilasetmə sahələri ilə məhdudlaşma bilməz”.
“Ruslar açıq dillə başa salmaq istəyirlər ki, iki ölkə arasındakı münasibətlər kremli tort deyil ki, Norveç onun ya kremini ya da xəmirini yesin”, - müəllif yazır.
Qəzet yazarının fikrincə, məktubun tonu ondan ibarətdir ki, əgər Norveç özü üçün vacib hesab etdiyi sahələrdə əməkdaşlığa ümid edirsə, Rusiyanın da digər sahələrdəki mövqelərinə hörmət etməlidir:
“Biz heç kimi əməkdaşlığa məcbur edə bilmərik”, - məktubda belə yazılır.
“Yəni münasibətlərin gələcək axarı da, sonradan olacaqların məsuliyyəti də Norveç hökumətinin üzərinə düşür deməkdir”.
Rusiyanın bu təhdidkar tonunun arxasında Norveçin bir sıra məsələlərdə Moskvaya qarşı sərt mövqedə tutması dayanır.
Məktubda Rusiya və Qərb arasındakı ziddiyyətlərə səbəb olan faktların sadalanması da bununla əlaqədardır.
Bəyanatda Norveç hökuməti tənqid edilməklə yanaşı yerli KİV-lərdə Rusiya haqqında neqativ imic yaradılması hallarından da söhbət açılıb.
Qəzetlərin yazdığına görə, Rusiyanın Oslonu sərt şəkildə tənqid etməsində bu yaxınlarda baş verən diplomatik münaqişənin də rolu olub.
Moskva Norveç parlmentinin iki üzvü Trine Qrande (Trine Skei Grande) və Bord Sulyelin (Bård Vegar Solhjell) ölkəyə giriş vizasına icazə verməyib.
Məktubda həmin deputatların hələ noyabrın 29-da Rusya tərəfindən arzu edilməz şəxs elan edildikləri, lakin bunlara rəğmən Norveç tərəfinin israrla onları nümayəndə heyətinin tərkibinə salmaq istəməsindən söhbət açılır.
Rusların fikrincə, hər iki siyasətçi Avropa Birliynin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Norveçi də qoşulmasında xüsusi rol oynayıbılar.
Bundan başqa, bəyanatda Norveçlə imzlanan Şpisbergen traktatına da toxunulub. Çünki Rusiya Norveçin suvevrenliyi altında olan bu Arktika arxipelaqına da iddia edir .
Daglabet qəzetində dərc olunan məqalədə bəyanatın ABŞ-ın vitse-prezidenti, dövlət katibi və müdafiə nazirinin Münhendə hər il təşkil edilən təhlüəsizlik toplantısında iştirakı ilə eyni vaxta təsadüf edildiyinə diqqət çəkilir.
Bundan başqa NATO-nun indiki baş katibi, Yens Stoltenberqin də vaxtilə Norveç hökumətinə rəhbərlik etdiyini (2005-2013) diqqətdən qaçırmaq olmaz.
“Norveç üçün bu dramatik sayılmalıdır. Rusiyanın bu məktubu ölkənin NATO –ilə əməkdaşlığının ən zəif bəndlərinə vurulan zərbə sayılmalıdır. Məktub Krallığa uzadılan sarı kartdır, həm də bir hakim tərəfindən deyil, konkret düşmən tərəfindən...”, - məqalədə qeyd olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...