Fevralın 20-də Birləşmiş Ştatlarda “Prezidentlər Günü” bayram kimi qeyd edilir
Dünən də ölkənin bir neçə şəhərində prezident Donald Trampın əleyhinə etiraz aksiyaları keçirilib.
Los-Anceles, Çikaqo və Nyu-York şəhərlərində “Bu, mənim prezidentimin günü deyil” adlı kütləvi aksiya keçirilib. Kampaniyanın təşkilatçılarının planlarına uyğun olaraq, nümayişçilər prezidentin “cəfəng” fərmanlarına, qadınların reproduktiv hüquqlarına, immiqrasiya və qlobal istiləşmə probleminə münasibətdə Trampın yürütdüyü siyasətə etirazlarını bildiriblər.
Xatırladaq ki, Manhettenin mərkəzindəki “Tayms-skver”də isə Donald Trampın immiqrasiya siyasətinə qarşı “Bu gün mən də müsəlmanam” şüarı altında etiraz aksiyası keçirilib. Ekspertlər bu aksiyaları Trampın inauqurasiya mərasimindən bir gün sonra keçirilmiş “Qadınların yürüşü” zamanı başlanan etiraz aksiyaları seriyasının davamı adlandırıblar.(AzərTAc)
MilliYol.Az
Digər xəbərlər
loading...