Çində çoxlu sayda şirkət “İvanka” ticarət markasını qeydiyyata almağa çalışır
MilliYol.Az Trend-in məlumatına görə, bu, ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Çində böyük populyarlığı ilə əlaqədardır.
Artıq 65 şirkətin Çinin müvafiq dövlət qurumuna müraciət etməsi barədə məlumat da var.
Şirkətlərdən bəziləri İvanka adı üçün Çin heroqliflərindən də istifadə edib. Bu şirkətlərin əsasən, kosmetika, geyim və digər məhsulların istehsalı ilə məşğul olduğu barədə məlumat verilib.
Qeyd edək ki, İvanka Tramp Çinin yeni ili bayramında Vaşinqtondakı Çin səfirliyinə səfər etdikdən sonra bu ölkədə böyük populyarlıq qazanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...