Qalmaqalları çıxışları ilə seçilən Donald Trampın komandasında yer alan Amerikanın yeni naziri seks görüntüləri ilə gündəmə gəlib. Nazirin nişanlısının cəsur yataq səhnələri qalmaqal yaradıb.
Söhbət xəzinə naziri naziri Stiv Mnuchin aktrisa olan nişanlısından gedir. Luis Lintonun rol aldığı son filmin görüntüləri internetdə yayılıb. Görüntülər, başda "Daily Mail" olmaqla, mətbuatın manşetlərində yer alıb.
Şotland əsilli aktrisa son olaraq "Intruder"(Dəvətsiz qonaq) filmində yer alıb. Film ötən yay ekrana çıxsa da, nazir yeni seçildiyi üçün kadrlar yeni gündəmə gəlib. Maraqlıdır ki, Trampın ən yaxın adamı olan xəzinə nazirinin sevgilisi filmdə prezidentin qəti əleyhdarlarından olan məşhur müğənni Mobi ilə rol alıb.
Mnuchin 400 milyon dollarlıq sərvətə sahibdir. O, nazirliyin başına gətirilən ən zəngin şəxsdir. Keçmişdə rejissorluq da edən nazir ötən həftə and içib.
Mnuchinin Ağ evdə, Oval ofisdə andiçməsində yataq səhnələri ilə gündəmə gələn 35 yaşlı sevgilisi də iştirak etmişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...