Azərbaycanın U-21 yığmasının təlim-məşq toplanışında iştirak edən, A millimizə dəvət olunması gözlənilən Ozancan Kökcü Fatih Terimin maraq dairəsindədi. MilliYol.Az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssis onu milli komandaya dəvət etmək istəyir.
Yerli medianın məlumatına görə, Fatih Terimin istəyi ilə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmiləri bir neçə gün əvvəl Ozancan Kökcünün ailəsi ilə əlaqə saxlayıb. Lakin Hollanidyanın "Feyenoord" klubunun U-19 komandasında çıxış edən futbolçunun ailəsi TFF rəsmiləri ilə danışıqlardan imtina edib. Onlar övladlarının Azərbaycan millisində oynamağa razılıq verdiyini və fikrini dəyişmək niyyətində olmadığını bildiriblər.
MilliYol.Az
Digər xəbərlər
loading...