Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallı ilə Suriyanın Hələb şəhərinin Əsəd rejiminin əlinə keçməsini təmin edən İran İnqilab Keşişçilərinin “Qüds” elit birliyini komandiri general Qasım Süleymaninin yolları İŞİD-ə qarşı Raka əməliyyatında kəsişəcək.
Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə analitik Metin Gürcan deyib.
Qasım Süleymani 1979-cu ildə Mahabadda kürd etirazlarının qarşısını alınmasında və İran-İraq müharibəsində iştirak edəndən sonra məşhurlaşıb. Ona “İranın qılıncı” da deyirlər. Süleymani İranın xarici əməliyyatlarına rəhbərlik edir. Suriyada Bəşər Əsədi dəstəkləyən İran Süleymaninin rəhbərliyi altında müharibə aparır.
Zəkai Aksakallı isə əfsanəvi “Bordo Bereli” xüsusi təyinatlı qüvvələrin rəhbəridir. O, PKK-ya qarşı mübarizədə məşhurlaşıb. Həmçinin, Azərbaycan ordusuna təlim keçən komandir olaraq da tanınır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların qarşısını alan şəxslərdən biri olub.
M.Gürcan qeyd edib ki, artıq bölgədə İranın qəhrəman kimi təqdim etdiyi Süleymaninin güclü bir rəqibi var.
Keçmiş “bordobereli” olan Metin Gürcan qeyd edib ki, Aksakallı da, Süleymani də millətçidir.
“Hər ikisi ABŞ-a qarşıdır və regiondakı bütün problemlərin qaynağının Amerika olduğunu hesab edirlər. Lakin heç biri Rusiyapərəst deyil”, - deyə o bildirib.
MilliYolAz
Fotolar
Digər xəbərlər
loading...