Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) polisi peterburqlu model Viktoriya Odinsovaya xəbərdarlıq edib. Buna səbəb modelin Dubayın göydələnlərindən birində ekstremal fotosessiya etdirməsi olub.
Model söz verib ki, həyatı ilə riskə getməyəcək. Dubay polisinin nümayəndəsi Xəlil İbrahim əl Mənsuri deyib ki, 23 yaşlı Odinsova hüquq-mühafizə orqanlarına çağırılıb və “bir daha həyatını təhlükəyə atacaq addımlara yol verməməsi” üçün intizama qol çəkib. Polis eyni zamanda qeyd edib ki, gənc rusiyalının fotosessiya üçün etdikləri onun həyatını təhlükə altına alır. Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görmədən sırf gözəl şəkil çəkdirmək üçün belə addımlara yol vermək olmaz.
Belə professional fotosessiyaya ehtiyac duyanlar isə təhlükəsizlik tədbirləri üçün ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməlidilər. Bir müddət əvvəl Viktoriya Odintsova,"Bunları etdiyimə hələ də inana bilmirəm. Videonu hər dəfə izlədiyimdə qorxulu hisslər keçirirəm” açıqlamasını verib.
Modelin cəsarəti bəzi izləyiciləri tərəfindən alqışlar toplayarkən, çox sayda izləyiciləri isə onu "axmaq” olaraq adlandırıblar.(İstiPress)
MilliYol.Az
Digər xəbərlər
loading...