1982-ci ildə vəfat edən SSRİ-nin birinci katibi Yuri Andropovun köməkçisi olan Yuri Solodinin oğlu Oleq Solodin Heydər Əliyevlə bağlı maraqlı açıqlamalar verib.
MilliYol.Az publika.az-a istinadən xəbər verir ki, O.Solodin Andropovun SSRİ-nin başına Heydər Əliyevi gətirmək istədiyini açıqlayıb.
“Atam Heydər Əliyevin ən önəmli Sovet liderlərindən biri olduğunu deyirdi. Hörmətli şəxsiyyət idi. Andropov Qorbaçovu yox, Əliyevi xələfi olaraq görürdü. Andropov Heydər Əliyevi SSRİ-nin Baş naziri postuna gətirməyi və ona geniş səlahiyyətlər verməyi planlaşdırırdı. Lakin onun zamansız ölümü Əliyevin yüksəlişinə mane oldu”, - deyə o bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...