Bu gün də banklarda dolların qalxması müşahidə olunur.
MilliYol.Az "Marja”ya istinadən xəbər verir, ötən həftənin son iş günü 1 dolları 1.74 manatdan alan və 1.84 manatdan satan "Ata Bank” bu gün 1 dolları 1.76 manata alıb, 1.86 manata satır.
AmrahBank dolların alış qiymətini 1.76 manatdan, 1.78 manata, satış qiymətini isə 1.82 manatdan 1.83 manata qaldırıb.
Azərbaycan Sənaye Bankı dolların alış qiymətini 1.75 manatdan 1.78 manata qaldırıb, satışı isə 1.8450 manatdan 1.84 manata endirib.
RabitəBank dolların satış qiymətini 1.83 manatdan 1.84 manata, MuğanBank alışı 1.7250 manatdan, 1.7350 manata, satışı isə 1.83 manatdan, 1.8350 manata, Bank Respublika isə satışı 1.82 manatdan 1.83 manata qaldırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...