Türkiyədə keçirilən əməliyyatlar zamanı minə yaxın insan saxlanılıb.
Əməliyyat fevral ayının 18-də səhər saatlarında Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrarla Mübarizə İdarəsi və polis tərəfindən başlanılıb. Əməliyyat zamanı barələrində müxtəlif ittihamlar səslənən 873 nəfər saxlanılıb.
Saxlanılanların çoxu FETÖ terror təşkilatı ilə əlaqəda ittiham olunur. Onların arasında polis, hərbçi, müəllim, həkim, tibb işçisi və s. peşə sahibləri var. Saxlanılan şəxslər barədə cinayət işi başlanıb, onların izahatları alınıb.
Əməliyyat 4 min 767 ünvanda aparılıb. Əməliyyatda iştirak edən 3583 qrupda 11 min 860 nəfər iştirak edib.
Türkiyənin Muğla şəhərində keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvətlərinin 20 hərbçisi saxlanılıb. Onlar FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər. Saxlanılanların dindirilməsi davam edir.(Ölkə.Az)
MilliYol.Az
Digər xəbərlər
loading...