Azərbaycanlı Ayaz Quliyev “Spartak”dan ayrılıb.
MilliYol.Az xəbər verir ki, AFFA-nın milliyə cəlb etmək istədiyi futbolçu Moskva komandasının əsas heyətiylə hazırlıq keçsə də, təlim-məşq toplanışının ardından “Anji”ylə razılaşıb.
20 yaşlı Quliyevin Mahaçqala klubuna keçidi rəsmən açıqlanmasa da, informasiya tezliklə əksini tapacaq.
2014-cü ildən “Spartak”ın ikinci komandasında olan yarımmüdafiəçi bu mövsüm 17 matça çıxıb, qol vurmayıb, 5 sarı vərəqə alıb.
Qeyd edək ki, "Anji"yə erməni Aleksandr Qriqoryan baş məşqçilik edir.
MilliYol.Az
Digər xəbərlər
loading...