Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevanın rüşvət alması faktnın bir gün əvvəl rəsmi şəkildə ictimailəşdirilməsi bir sıra suallara yol açır.
MilliYol.Az xəbər verir ki, veteninfo.az mövzunu şərh etmək üçün Müasir Müsavat Partiyasının İctimai Əlaqələr üzr sədr müavini, Xanlar rayonunun sabiq icra başçısı Pənah Məmmədzadə ilə əlaqə saxlayıb.
Pənah bəyin sözlərinə görə, Gülçin Mirzəyeva nazir Əbülfəz Qarayevin əmri ilə ötən ilin sonlarında direktor vəzifəsinə təyin olunsa da məhz bir neçə gün əvvəl kollektivə təqdim olunub. Bu müddət ərzində isə o, sabiq direktor kimi Musiqi Kollecinə faktiki rəhbərliyi həyata keçirib.
Məhz Şahnaz Haşımovanın Filarmoniyanın direktor vəzifəsindən çıxarılmasının ötən gün ictimailəşməsindən sonra isə Gülçin Mirzəyevanın korrupsiya əməli də dövlət televiziyası və media vasitəsi ilə ictimailəşdirildi.
"Gəncə sakinləri bu cür mənfi halları əlbəttə pis qarşılayır. Hadisənin niyə və necə baş verməsi haqqında müxtəlif versiyalar səsləndirilir. Bəzi ehtimallara görə, bu, Gəncədə qruplaşmaların mübarizəsidir, digər ehtimallara görə bu, Filarmoniyanın kohnə rəhbərliyinin əks-hücumudur." - deyə hazırda Gəncədə olan Pənah bəy bildirdi.
Qeyd edək ki, ötən gün yayılan rəsmi məlumata görə, 2016-cı ildən Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq Gəncə Musiqi Kollecinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən sabiq direktor Gülçin Mirzəyeva həmin kollecin direktor müavini Fatimə Qafarzadə ilə özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə kollecin tələbələrindən, habelə onların qohumları və valideynlərindən imtahan sessiyasında müsbət qiymətlərin yazılması üçün ümumilikdə 2000 manat məbləğində pulu rüşvət kimi tələb edib almalarına şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.
Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə G.Mirzəyeva və F.Qafarzadə vəzifədən kənarlaşdırılıb və şəhəri tərk etməmək barədə iltizamları alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...