Azərbaycanda həm manat, həm də dollarla kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.
MilliYol.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.
Manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq 0,13 faiz bəndi azalaraq cari il yanvarın 1-nə 12,05%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 0,56 faiz bəndi azalaraq 8,60% təşkil edib.
Bu müddətdə fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,07%-dən 15,71%-ə, xarici valyutada kreditlər isə 17,30%-dən 16,04%-ə enib. Hüquqi şəxslərə manatla verilən kreditlər bahalaşıb, xarici valyutada isə ucuzlaşıb. Belə ki, dekabrda hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,36%-dən 8,55%-ə yüksəldiyi halda, xarici valyutada verilən kreditlərdə orta faiz 5,71%-dən 5,59%-ə enib.
MilliYol.Az
Digər xəbərlər
loading...