Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala rayon Sosial Müdafiə Mərkəzinin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən oğurluq olub.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, mayın 23-də Elnur Bağırovun ailəsi ilə birlikdə toyda olmasından istifadə edən oğru (yaxud oğrular) onun evinin pəncərəsindən mənzilinə daxil olaraq 23 min manat pulunu oğurlayıblar.
Hazırda oğurluğu törətmiş şəxsin və ya şəxslərin aşkar olunaraq istintaqa cəlb edilməsi istiqamətində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən intensiv əməliyyat tədbirləri həyata keçirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...