ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda qapalı görüşü keçirilib.
Siyasi müşahidəçilər Cozef Danfordla Valeri Qerasimovun hansı məsələləri müzakirə etdiyi barədə təhlillər aparır.
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, ABŞ-ın dəniz piyadaları general-leytenantı Frenk Makkenzi tərəflər arasında müzakirələrin keçirilməsini münasibətlərin Krımın işğalından əvvəlki səviyyəyə qayıtması anlamına gəlmədiyini deyib.
“Görüş, hər şeydən əvvəl, iki ölkənin silahlı qüvvələri arasında rabitə xətlərini təmin etməyi nəzərdə tutur. Danford və Gerasimovun görüşü də onlar arasında rabitəni bərpa etmək niyyəti daşıyırdı”-deyən Makkenzi əlavə edib ki, tərəflər siyasəti və ya siyasi məsələləri müzakirə ediblər.
“Bu o demək deyil ki, biz onların etdiyi hər şeylə razıyıq. Bu müzakirə mövzusu deyil. Məqsədimiz zəruri olan informasiyaların mübadiləsi üçün prosedurlar yaratmaq və möhkəmləndirməkdən ibarətdir” - Makkenzi belə deyib. General onu da vurğulayıb ki, Bakıda keçirilən görüş Suriyada və başqa yerdə əməkdaşlığın genişləndirilməsi demək deyil.
Xatırladaq ki, mediaya verilən məlumatda ABŞ və Rusiya baş qərargah rəislərinin Yaxın Şərqdə, Avropada və Şimali Afrikada təhlükəsizlik məsələlərini müzakirə etdikləri bildirilir. Danışıqların əsas predmetinin isə Suriyada və Ukraynadakı vəziyyətlə bağlı olduğu qeyd edilir. Lakin məxfi danışıqların təfərrüatı ilə bağlı əsasən iki ehtimal daha çox irəli sürülür.
Bir sıra ekspertlər ABŞ-ın İrana qarşı mübarizədə Rusiya ilə anlaşmaya nail olmağa çalışdığını bildirir. Yəni, Vaşinqton müəyyən geosiyasi məsələlərdə Rusiyaya güzəştə getməklə İranın Yaxın Şərqdə zərəsizləşdirilməsi və Suriyadan çıxarılmasında Kremlin razılığını almaq istəyir. Ancaq Rusiyaya güzəştə getmək Tramp administrasiyası üçün indiki şəraitdə mümkünsüz görünür. Ağ Ev hakim siyasi elitanın, əsasən də Konqresin ciddi müqaviməti ilə qarşılaşa bilər.
Digər ehtimal isə ABŞ-Rusiya hərbi əməkdaşlığının müzakirə edilməsi ilə bağlıdır. Lakin 2016-cı ilin dekabrında ABŞ Senatı 2017-ci ildə Rusiya ilə hərbi əməkdaşlığı qadağan edən sanksiyalar paketini qəbulı edib. Ona görə də belə bir məsələnin müzakirə predmeti olması real görünmür. Ancaq tərəflər Suriyanın gələcək taleyi ilə bağlı İranın yer almadığı ortaq planı, İŞİD-ə qarşı birgə mübarizə, şərqi Avropada təhlükəsizlik məsələlərində kompromis təklifləri müzakirə edə bilərlər.
MilliYol.Az
Digər xəbərlər
loading...