Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin növbəti təsnifatını təqdim edib.
MilliYol.Az "Report"a istinadən həmin siyahıda yer alan yüzlərlə sözlərdən bəzilərini təqdim edir:
Dialekt və ara sözləri: alax-bulax, alaməzhəb, alanqu, alapələngi, ala-pörtü, alaşıq-dolaşıq, alışdımyandım, allaflıq, alverxana, amalqalaşmaq, ambıl, ambır, ambırağız, anarı, andıraqalma, andıraqalmış, anqutboğaz, anrı, anrı-bəri, ap-alaca, ara-axtar, araqlama, araqlamaq, aravuranlıq, arayatı, arıq-cırıq, armudağız, armudboğaz, arva, arvadağızlıq, arvadcıq, arvadoğlu, arvadsevən, arvadyosunlu, arvalı, asfaltsifət, aşbaşı, aşnabaz, atağız, atağızlı, atbalaxanım, atçənə, atqulağı, atsifət, avanmaq, avara-heyvərə, ayın-şayın, ayışma, ayışmaq, aynıtma, aynıtmaq , aynıyıb-artmaq, azcana, azğın-xətakar, azıb-təzmə, azıb-təzmək, azın-mazın, azışdırma, azışdırmaq, azışma, azışmaq, azıtma, azıtmaq.
İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər: aləmgir, aləmsuz, aləmşümul, aləmtab, alicah, aligövhər, alihümmət, aliqədr, alinəsəb, alinəsəblik, alişan, allaf, allafbazar, amadə, amadəlik, anən, anən-fəanən, animist, anqariya, aramgah, arifmetik, ariz, arizə, arzuman, arzumənd, asar, asari-ətiqə, asudəhal, aşiyanə, aşüftə, aşüftəhal, atəşbar, atəşxana, ati, atil, atillik, atributor, avanport, avanpost, avazat, avazə, avtoblokirovka, avtojir, avtomotor, avtorequlyasiya, avtorota, avtoşin, ayəndə, azadəsər, azadxah, azadıstan və s.
Terminlər: aerodinamiki, aerofotometr, aerofototopoqrafiya, aerogeologiya, aerohidrodinamika, aerohidromexanika, aerohidromexaniki, aeroion, aeroionizasiya, aeroionizator, aeroionlaşma, aeroionterapiya, aerokarpiya, aeroqlavimetr, aeroqraf, aeroqrafiya, aerolift, aerolit, aeromaqnit, aeromaqnitamper, aeromaqnitometr, aeroponika, aerostatika, aerotaxometr, aerotenk və s.
Suni sözlər və söz birləşmələrindən düzəldilən qurama sözlər: açıq-saçıqlıqedən, açıq-saçıqlıqetmə, açıq-sarı, açıqtipli, açıq-ürəklilik, açıq-yaşıl, açıq-yaşılı, açılıb-partlama, açılıb-partlamaq, açış, açma-qapama, açma-yığma, adadovşanıçılıq, adalma, adam-adamyana, adamağıllı, adamayovuşma, adamçaşdıran, adamdanqaçma, adamküsdürmə, adamoynatma, adamöldürmə, addımölçmə, adəmdənqalma, adətdənxaric, adətəyaraşan, adətəyaraşmazlıq, adıbədnamlıq, adıbilinməz, adilolan, adilolma, adqoyan, adlı-sanlılıq, adsorbsiyaedici, adsorbsiyaedicilik, adsorbsiyaetmə, adsorbsiyaolunma, adverbiallaşma, adyalüzlüyü, aerofotoşəkilçəkmə, aeroşəkil, aerotədqiqat, aerotəhqiqat, affektədüşmə, affektkeçirmə, aftafa-ləyən, aftafa-ləyənli, aftafa-ləyənsiz, agahetmə və s.
Lüzumsuz sözlər və söz hallandırmaları: açıq-sarılı, açındırma, adamaoxşamazlıq, adamcıllıq, adamsevən, adda-buddalıq, addanmaq, addımlayan, addımlı, adəmağacı, adətcə, adıbəllilik, adiləşdirilmə, adiləşdirilmək, adilətmə, adilətmək, aerodinamik, aeroelektrik, aerofilm, aerofiltr, aerofit, aerofiziki, aerofon, aerofotoaparat, aerofotoçəkiliş, aerofotokadr, aerofotokamera, aerofotoqrafiya, aerofotomaterial, aerofotopanoram, aerofotoplyonka, aerofotosxem, aerofotoşəkil, aerogeoloji, aeroxizək, aeroiqlim, aerokadr, aerokəşfiyyat, aerokinoaparat, aerokirşə, aeroklub, aerokosmik, aeroqatar, aeroqliserin, aeroloji, aeromayak, aeromexanika, aeromexaniki, aerometr, aerometrik, aeromorfoz, aeroneqativ, aeronomiya, aeroplanşet, aeropoçt, aeroradiomayak, aerosinoptika, aerosolyari, aerostimullaşdırıcı, aerosüzgəc, aerotank, aeroterapevtik, aeroterapizm, aerotermometr, aerovaqon və s.
Qeyd edək ki, sözləri təqdim edən Mərkəz oxucuların, dil və lüğət mütəxəssislərinin fikir və mülahizələrini, irad və təkliflərini gözlədiyini açıqlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...