Ermənistanın keçmiş müdafiə naziri, Raffi Ovanisyan və Vardan Oskanyanla birlikdə seçki bloku formalaşdırıb müxalifət qimində aprelə təyin olunmuş parlament seçkilərində iştirak etməyə hazırlaşan general Seyran Ohanyan Qarabağda kabinetində döyüldüyünü etiraf edib
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Ohanyan bu haqda İrəvanda keçirdiyi mətbuat konfransında danışıb.
Ohanyanın bildirdiyinə görə hadisə onun Dağlıq Qarabağda “müdafiə naziri” olduğu dövrdə, 2005-ci ildə baş verib. Onu döyən isə hazırda həbsdə olan Qarabağ müharibəi veteranı, ötən ilin yayında İrəvanda polis polkunu ələ keçirən “Sasna Tsrer” qruplaşmasının üzvü Pavlik Manukyan idi.
Bildirilir ki, Ohanyanı kabinetində döydüyü haqda Pavlik Manukyan özü danışıb. Jurnalistlər bu haqda keçmiş müdafiə nazirinə sual veriblər. Ohanyan hadisəni təsdiqləyib. “Bəli, 2005-ci ildə mənimlə Qarabağ müharibəsi veteranı Pavlik Manukyan arasında münaqişə olub. Və doğrudur ki, insident mənim iş kabinetimdə baş verib...Şəxiyyətlərarası münasibətlərdə səhvlər olmuşdu, ondan sonra biz Pavlik Manukyanla uzun işlər gördük. Aramızdakı gərginliyi aradan qaldırmağa nail olduq”-Ohanyan bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...