Rusiya Dövlət Duması Türkiyə ilə imzalanmış “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və cinayət axtarışında olan şəxslərin təhvil verilməsi haqqında” Sazişi ratifikasiya edib
Sənəd 2014-cü il dekabrın 1-də Ankarada imzalanmışdı.
Sənədə əsasən, tərəflər istintaq, məhkəmə araşdırmaları və digər hüquqi proseslər zamanı bir-birinə hüquqi yardım göstərməyi, cinayət axtarışında olan şəxsləri təhvil verməyi öhdəliklərinə götürürlər. Eyni zamanda, təhvil verilən şəxsin törətdiyi əməl hər iki ölkənin cinayət məcəlləsində əks olunmalıdır.
Dövlət Dumasında keçirilən iclasda Rusiya ədliyyə nazirinin müavini Maksim Travnikov bildirib ki, Saziş artıq imzalandıqdan sonra həyata keçirilməyə başlanıb. Ötən iki il ərzində Türkiyə cinayət əməlində şübhəli bilinən 11 nəfərin, Rusiya isə 12 belə şəxsin təhvil verilməsi haqqında qarşı tərəfə sorğu göndərib.
Onun sözlərinə görə, Sazişdə terrorçuluq əməlinə görə axtarışda olan şəxslərin də təhvil verilməsi nəzərdə tutulub. Rusiyanın göndərdiyi sorğular üzrə təhvil verilməsi nəzərdə tutulan şəxslərin bir hissəsi qanunsuz silahlı birləşmələrdə iştirakda təqsirləndirilir.
Türkiyə tərəfi Sazişi hələlik ratifikasiya etməyib. Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Türkiyə tərəfi sazişi hələlik texniki səbəblər üzündən ratifikasiya etməyib.(AzərTAc)
MilliYol.Az
Digər xəbərlər
loading...