Cari ilin yanvar ayında Azərbaycan 450 mln. 52,27 min dollarlıq mal idxal edib ki, bu da 2016-cı ilin müvafiq ayı ilə müqayisədə 3,64% çoxdur
MilliYol.Az "APA-Economics"-a istinadən xəbər verir ki, idxalda əsas payı maşın, mexanizm, elektrik aparatları və onların hissələri tutur. Belə ki, ötən ay 107 mln. 138,36 min dollarlıq maşın, mexanizm, elektrik aparatları və onların hissələri idxal olunub ki, bu da ümumi idxalın 23,81%-ni təşkil edir. Düzdür, ötən ilin yanvar ayı ilə müqayisədə bu qəbildən olan malların idxalının statistik dəyəri 30,9% azalıb.
Hesabat ayında ölkəyə 76 mln. 506,86 min dollarlıq yeyinti məhsulları idxal olunub ki, bu da ümumi idxalın 17%-nə bərabərdir. Ötən ilin yanvar ayı ilə müqayisədə yeyinti məhsullarının idxalının statistika dəyəri 12,44% artıb.
Yeri gəlmişkən, yeyinti məhsullarından ən çox idxal olunanlar bunlardır:
Azərbaycan qara metallar və ondan hazırlanan məmulatların idxalını azaltsa da, onun idxalda payı yüksək olaraq qalır. Belə ki, yanvarda dəyəri 45 mln. 136,17 min dollarlıq 46 min 904,17 ton qara metal idxal olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə miqdar baxımından 6,61%, dəyər baxımından isə 38,18% azdır. Buna baxmayaraq, bu qəbildən olan malların idxalda payı 10,03%-dir.
Ötən ay Azərbaycan 17 mln. 826,89 min dollarlıq nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu isə ümumi idxalın 3,96%-i deməkdir. Yeri gəlmişkən, ötən ilin yanvar ayı ilə müqayisədə bu qəbildən olan malların idxalının statistik dəyəri 49,48% artıb.
Yanvarda Azərbaycana 16 mln. 148,33 min dollar dəyərində 8 min 697,99 ton plastmas və ondan hazırlanan məmulatlar idxal edilib ki, bunun da ümumi idxalda payı 3,59% təşkil edib. İdxal olunan plastmas və ondan hazırlanan məmulatlar ötən ilin müvafiq ayı ilə müqayisədə miqdar baxımından 63,03%, dəyər baxımından isə 44,49% artıb.
Cari ilin ilk ayında ölkəmizə 13 mln. 403,62 min dollarlıq əczaçılıq məhsulu idxal olunub ki, bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2,62% çoxdur. Əczaçılıq məhsullarının ümumi idxalda payı 2,98% təşkil edib.
MilliYol.Az
Digər xəbərlər
loading...