Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 nəfər itkin, 1437 nəfər əsir və girovluqdan azad olmuş şəxs kimi qeydiyyata alınıb
MilliYol.Az APA-ya istinadən xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Nailə Dadaşova deyib.
O bildirib ki, itkin düşmüş şəxslərin 3123-ü hərbçi, 745-i mülki şəxsdir. Onların 62-si uşaq, 262-i qadın, 302 nəfəri qocalardır.
N. Dadaşova qeyd edib ki, əsir və girovluqdan azad edilmiş 1437 nəfərin 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir: "Əsir və girovluqdan azad olunaraq geri qaytarılanların 50 nəfəri, itkin düşənlərin 26 nəfəri Qaradağlıdandır".
MilliYol.Az
Digər xəbərlər
loading...