Rusiya Dağlıq Qarabağda keçiriləcək saxta referenduma qarşıdır. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, problemin sülh yolu ilə həlli hansısa "referendum"dan asılı ola bilməz.
Bəyanat: Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı qondarma "referendum"u tanımır
“Biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Bununla yanaşı biz düşünürük ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Hesab edirik ki, nizamlanmanın gedişi “konstitusiya referendumu”nun keçirilməsindən asılı ola bilməz”.
Xatırladaq ki, qondarma rejim fevralın 20-də "konstitusiya islahatları" adı ilə "referendum” keçirəcək.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də Qarabağda qondarma referendumu tanımadıqları barədə bigə bəyanatla çıxış ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...