"Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb"
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Muradova bu gün Milli Məclisdə media rəhbərləri ilə görüşündə deyib.
Ə.Amaşov vurğulayıb ki, mətbuatda çalışan filosoflar Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi: “Həmin insanlar XIX əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra Cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdular”.
Ə.Amaşov deyib ki, milli azadlıq hərəkatında da mətbuat mühüm rol oynadı: “Bu gün Azərbaycanda mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub. Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hər zaman xalqımızın, dövlətimizin milli maraqlarından çıxış edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.
MilliYol.Az
Digər xəbərlər
loading...