Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Maliyyə Müfəttişliyinin Ağcabədi rayonunun Təhsil Şöbəsində apardığı yoxlamalar biabırçılıqlarla müşahidə olunur.
MilliYol.Az jam.az-a istinadən xəbər verir ki, Ədalət Nəbiyevin rəhbərlik etdiyi yoxlama komissiyasının üzvləri bütün orta məktəblərdə neqativ hallar aşkarladıqlarını və bunu ört-basdır etmək üçün "maliyyə nazirinə hesab çatdırmaq lazımdır" deyimini dilə gətirməyə başlayıblar.
Məlumatlarda qeyd olunur ki, müfəttişliyin rəisi artıq Ağcabədi Təhsil Şöbəsinin müdirini "divara dirəyərək", ondan hər məktəbdən külli miqdarda pul yığaraq, ona verməsini tələb edir. İddia olunur ki, Ədalət Nəbiyev bu addımları da məhz Maliyyə naziri Samir Şərifovun təlimatı əsasında atdığını deyir.
Məlumatlara görə, Ədalət Nəbiyev artıq Ağcabədi Təhsil Şöbəsi üçün konkret qiymət müəyyənləşdirib. Belə ki, rayonda 62 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə isə ümumilikdə, 2500-ə yaxın müəllim dərs deyir. Nəbiyev Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Mehdiyevə qəti təlimat verib ki, dərs deyən müəllimlərin əmək haqlarının 1/3-ü qədərində pul toplayıb, ona verməlidirlər.
Xatırladaq ki, Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Müfəttişliyi Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd, İmişli, Laçın və Zərdab rayonlarını əhatə edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...