İsrailin sabiq XİN rəhbəri və "Bizim Evimiz - İsrail" mühafizəkarlar partiyasının lideri Aviqdor Liberman müdafiə naziri postuna təyin edilib. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Mənbədə bildirilir ki, Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyinat Libermanın hakim koalisiya partiyasına daxil olmasının əsas şərti idi.
Hakim koalisiya"İsrail - Bizim Evimiz" partiyasının parlamentdə mandatlarının sayı 66-dək artacaq. Bu ana qədər baş nazir Binyamin Netanyahu ilə kolisiyası Knessetdə 120 yerdən 61-ni tutub.
Əvvəlki müdafiə naziri Moşe Yaalon vəzifəsindən istefa verib. O, istefasını ölkənin baş nazirə olan "etibar çatışmazlığı" ilə əlaqələndirib. (ANS)
MilliYol.Az
Digər xəbərlər
loading...