Yol polisi paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun lent.az-a verdiyi məlumata görə, hazırda paytaxtda avtomobillərin intensiv hərəkəti müşahidə edilsə də, artıq 4 qəza hadisəsi baş verib: "Bir daha avtomobil sürücülərinə müraciət edirik. Qarlı hava şəraiti davam edir. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər. Paytaxtın əsas yolları təmizlənsə də, enişli-yoxuşlu küçələrdə, keçidlərdə sürüşmə ehtimalı var".
V. Əsədov xatırladıb ki, belə hava şəraiti dövlət nömrə nişanlarının və işıq cihazlarının da görünməsini çətinləşdirir. Bu isə sürücülər üçün əlavə inzibati məsuliyyət yaradır.
MilliYol.Az
Digər xəbərlər
loading...