Rusiyada çeçen mafiyası ilə bir qrup “qanuni oğru” arasında münaqişə dünyanın müxtəlif ölkələrində “kriminal müharibə” vəd edir.
MilliYol.Az cebhe.info-ya istinadən xəbər verir ki, Tuvadakı cəzaçəkmə müəssisələrindən birində məsciddə baş verən hadisənin təfərrüatları məlum olub.
Narkotik maddələrin saxlanmasına görə cəza çəkən “qanuni oğru” Ruslan Qeqeçkori bir qrup qafqazlı ilə kütləvi dava edib.
Əslində “qanuni oğru” həbsxanaya gətiriləndə yerli çeçen və Dağıstan klanı onu avtoritet olduğunu qəbul edib. Ancaq Ruslan öz nümayəndəsini seçərkən məhbusların etimad etmədiyi adama üstünlük verib və bu, qarşıdurma yaradıb. Çeçen və dağıstanlı avtoritetlərin bu hərəkətinə cavab olaraq Ruslan onları söyüb və təkcə özlərini yox, millətlərinin da ünvanına xoşagəlməz ifadələr işlədib. Buna cavab olaraq çeçenlər Ruslana bıçaqla xəsarət yetirib. Daha sonra mübahisənin 8 iştirakçısı məscidə gedib.
Ruslan isə yüngül xəsarət aldığından 20 nəfər toplayaraq məsciddə onlarla haqq-hesab çəkəcəyini bildirib. Həmin şəxslər məscidə gedərək onu qarət edib və bu, onlardan daha əvvəl ora gedən 8 nəfərin üstünə atılıb. Çeçenlər isə bunun heyfini təkcə Ruslandan yox, həm də atası, “qanuni oğru” Roland Qeqeçkoridən alacaqlarını deyiblər. İndi Rolandı dəstəkləyən klanlara qarşı da çeçen mafiyası cəbhə açıb. Bura isə Qela Kardava, Merab Mzarelua da daxildir.
“Müharibə”nin elan edildiyi klan üzvləri əsasən Türkiyə və Kiprdə yaşayır. Ancaq çeçen mafiyası bu ölkələrdəki diaspor üzvlərinin də köməyindən istifadə etməklə çeçen millətini təhqir edən şəxsi və ona himayədarlıq edənlərin cəzalandırılacağını bildirib. Rusiya kriminalistləri isə vəziyyətin ciddiliyini nəzərə alaraq yeni müharibəni istisna etmir.
MilliYol.Az
Digər xəbərlər
loading...