Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla niyə məhz Bakıda görüşdüyünün səbəbi bilinib.
İstiPress-in məlumatına görə, “The New York Times” qəzeti bu müəmmanın səbəbindən yazıb.
Bakı bu gün gözlənilməz vacib görüşə şahidlik edəcək
Qəzet yüksək rütbəli rəsmilərə istinadən yazır ki, generalların görüşünü təşkil etmək elə də asan olmayıb.
Məlumata görə, aylarla müzakirələr aparılandan sonra Rusiya tərəfi Cozef Danfordlar görüşün Moskvada, ya da Belarusun paytaxtı Minskdə təşkil edilməsini təklif edib.
Lakin Pentaqon bundan imtina edib və təklif edib ki, görüş Şərqi Avropa ölkələrindən birində baş tutsun. Ukraynada baş verənlərlə bağlı Avropa Birliyi Valeri Gerasimova da sanksiya qoyduğundan, bu variant da baş tutmayıb.
Görüşün harada keçirilməsi üçün müzakirələr yenidən aparılıb və nəhayət tərəflər neytral şəhər kimi Bakını seçiblər.
ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford artıq Bakıdadır və Prezident İlham Əliyevlə görüşüb, bir sıra məsələlər müzakirə edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...