Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.
Şahin Zəkizadə müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib. Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri “Qafqazinfo”ya təsdiqləyib.
O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq.
***
Səbinə Zəkizadə “Qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib. O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.
***
"Bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır". Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi Adil Nuriyev ASAN Radioya məlumat verib.
***
"Şahin Zəkizadə sağdır, amma vəziyyəti çox ağırdır". Bu sözləri isə aznews.az-a açıqlamasında rejissorun həkimi Emil Qasımov bildirib.
Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin həkiminin sözlərinə görə, rejissorun vəziyyəti ötən günlərə nisbətən daha da ağırlaşıb: "Bütün gücümüzlə onu həyatda saxlamağa çalışırıq, amma ümid Allahadır."
***
Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlu APA-ya açıqlamasında rejissorun vəfatını təsdiqləyib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...