Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar nazirliyinə birləşdirildi.
Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb. Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib. Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.
Ziya Məmmədov alqışlarla yola salınıb.
Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.
Artıq fevral ayının 20-də keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcək.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü Unikal.org-a təsdiqləyib. O, bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. Qrum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...