Briliyant qaçaqmalçılığı, iri məmurları böyük kreditlərlə əla almaq, siyasi müxalifəti maliyyələşdirmə və s. Bütün bunlar Çingiz Əsədullayevin Eldar Mahmudovun himayəsi altında gördüyü işlərin ancaq bir hissəsidir.
MTN-in keçmiş şefi Eldar Mahmudov çetesinin ifşasından sonra bir çox generallar, ona yaxın şəxslər törətdikləri əməllərə görə həbsə atıldı və ya ev dustağına çevrildilər. Ehtimal edilirdi ki, bunların sırasında Eldar Mahmudovun Sumqayıtda görən gözü və eşidən qulağı olan “Azəriqazbank” Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri Çingiz Əsədullayev də ən azından ev dutağına çevriləcək. Çünki adı çəkilən şəxs Eldar Mahmudovun Sumqayıtda ən etibarlı adamı idi və o bir çox sahələrə rəhbərlik edirdi.
İlk növbə də Çingiz Əsədullayev Sumqayıtda qızıl, brilyant biznesinə əl qoyan, bu sahədə iş görən şəxslərə maliyyə qaynaqları açan şəxs kimi tanınıb. Bu barədə Poltico.az saytını məlumatlandıran mənbə bildirib ki, məhz Çingiz Əsədullayevin ayırdığı maliyyə hesabına bir neçə şəxs Dubayla sıx əlaqələr qurub və Azərbaycana qızıl, brilyant gətirilməsində onun əvəzsiz rolu olub. Bildiyiniz kimi ölkə də ciddi zinnət əşyaları satışına məhz Eldar Mahmudov nəzarət edib. Amma çetenin ifşasından sonra Çingiz Əsədullayev deputat mandatını son anda itirsə də, bu əməli hələ ki, gündəmə gətirilmir.
Mənbə bildirir ki, Çiungiz Əsədullayevin ikinci mühüm vəzifəsi oliqarx-məmulara, bir neçə millət vəkilinə “Azəriqazbank” Səhmdar İnvestisiya Bankından kreditlər ayırmaq olub. Amma burada da ciddi məqsədlər olub. Belə ki, mənbənin iddasına görə Çingiz Əsədullayevdən kredit alan əksər oliqarx-məmur, keçmiş və indiki bir neçə deputat qısa müddətdən sonra MTN-in nəzarətinə düşüb və sonda Eldar Mahmudovun sadəcə sifarişlərini icra etməli olublar. Çünki Çingiz Əsədullayevdən kredit götürən bu şəxslərlə bağlı ən qapalı informasiyalar, götürülən pulların miqdarı Eldar Mahmudovun stolunun üzərində olub.
Poltico.az saytına daxil olan məlumatda bildirilir ki, Çingiz Əsədullayevin siyasətdən də kənarda qalmayıb. Mənbənin verdiyi məlumata görə Çingiz Əsədullayev müxalifətə yaxınlığı ilə seçilən bir neçə şəxsi himayəsinə və Eldar Mahmudovun bilgisi altında onları maliyyələşdirib. Müəyyən məqamlarda bu müxalif siyasətçilər hakimiyyətə qarşı ən kəskin bəyanatlarla çıxış ediblər və mənbə iddia edir ki, onlara tapşırıq Çingiz Əsədullayevin xətti ilə verilib.
Mənbə bildirir ki, Çingiz Əsədullayevin Eldar Mahmudovun tapşırığı ilə himayə etdiyi müxaliflərdən biri hazırda siyasi mühacirdir. Maraqlıdır, bu qədər əsaslar ola-ola nədən Çingiz Əsədullayev kənarda qalmağı bacarıb?.
Mənbənin verdiyi məlumata görə bunun başlıca səbəbi Çingiz Əsədullayevin zamanında ölkənin ən ciddi oliqarx-məmurlarına kreditlər ayırması və indi onlardan istifadə etməsidir. Hətta bildirilir ki, vəzifə baxımdan ölkənin çox ciddi fiqurlarından hesab edilən şəxslərdən biri də Çingiz Əsədullayevlə iş birliyində olub və hazırda o Çingiz Əsədullayevi qorumaq zorundadır.
Eldar Mahmudovuyn Sumqayıt çetesi haqqında araşdırmaları nəzərinizə çatdıracağıq.
Mənbə: Poltico.az
Digər xəbərlər
loading...