Azərbaycanda 90 000 manata avtomobil nömrəsi satılır. Bununla bağlı elan tap.az saytında yerləşdirilib.
Elanda qeyd olunur ki, 10-XX-100 dövlət qeydiyyat nişanı 90 000 AZN-ə satılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov oxu.az-a açıqlama verib. O bildirib ki, avtomobillərin dövlət qeydiyyat nişanı şəxsi adamlar tərəfindən satıla bilməz.
Onun sözlərinə görə, avtomobillərə məxsus dövlət qeydiyyat nişanı yalnız adiyyatı üzrə qeydiyyat imtahan şöbələrində dəyişdirilir və yaxud verilir. Bunun üçün müvafiq rüsumlar var.
Belə ki, nömrə nişanı 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 rəqəmləri ilə olduqda müxtəlif hərflərdən ibarət nömrəyə görə 1500, həmin rəqəmlər seriyası eyni hərflərdən ibarət olduqda 2500 manat rüsum ödənilir.
Nömrə nişanları 100, 200, 300, 400, 500, 600, 700, 800 və 900 rəqəmlərindən və müxtəlif hərflərdən ibarət olduqda 1000, eyni hərf olduqda isə 1500 manat, 111, 222, 333, 444, 555, 666, 777, 888 və 999 rəqəmlər ilə müxtəlif hərflərdən ibarət nömrəyə görə 500 manat, eyni hərflər olduqda isə 1000 manat dövlət rüsumu nəzərdə tutulur.
MilliYol.Az
Digər xəbərlər
loading...