PKK terror təşkilatının daxilində işgəncə faktları ilə bağlı dəhşətli hesabat yayılıb.
Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, hesabatdakı etirafları PKK-nın İraqdakı düşərgələrindən qaçaraq təslim olan şəxslər verib. Onların sözlərinə görə, düşərgədən qaçmağa çalışanlara qarşı dəhşətli işgəncələr tətbiq edilib. Belə ki, böyük bir qazanda neylon torbalar əridilib və qaçmağa çalışanlar ayaqyalın həmin qazana girməyə məcbur olunub: “Qışqırıqları dağlara yüksəldi. Bağıra-bağıra öldülər”.
Təslim olan qadın terrorçuların ifadələrinə görə, PKK-da qadınlara qarşı cinsi istismar və təcavüz adi haldır. Son 1 il içində təslim olan 364 terrorçunun ifadələri əsasında hazırlanan hesabatda işgəncə və edamlar haqqında ətraflı məlumat var.
PKK-dan qaçan Çekdar Savurun sözlərinə görə, məhkəmələr əsasən Öcalanın şəklinin asıldığı mağarada qurulub: “Adamların əl-ayaqarını bağlayaraq gətirirlər. Əsasən casus və xainlikdə ittiham edirlər . 5 ildə 28 nəfərin belə öldürülməsinə şahid oldum”.
Garzan Arjin: " 2000-cu ildə Zap düşərgəsində tualet qazmaq tapşırığı verilən Metin İğne və Murat İrikmen buna etiraz etdi. Dedilər ki, dağa tualet qazmağa yox, əməliyyatlarda iştirak etməyə gəliblər. Səhəri gün hər ikisinin cəsədi tapıldı. Qorxudan kimsə səbəbini soruşmadı”.
Reber Agit: "PKK şəhərlərdə böyük itkilər verdi. Bundan sonra təşkilatdan ayrılmalar başladı. Həmçinin edamlar da çoxaldı. 2014-2016-cı illərdə Kandil bölgəsindəki Zap- Metina-Gara düşərgələrində 47 nəfərin öldürülməsinə şahid oldum. Bunlardan Hogir Amed, Tekoşer Gever, Botan Şiyar, Andok Rubat və Dersim Koçgiri adlı dostlar 2015-ci ildə qaçmağa çalışarkən yaxalanmışdılar. Əllərini bədənlərinə bağlayıb hamının gözünün qabağında əritdikləri böyük qazandakı neylon torbaların üzərinə çıxmağa məcbur etdilər. Bağıra- bağıra öldülər. Kandil qazılsa, hər qarışından öldürülən yüzlərlə kürd gəncinin sümükləri çıxr”.
Botan Şervan: "Mersində doğulan Harun Koçer və Diyarbakırdan olan Brusk Amedin 8 avqust 2014-cü ildə təlimdə öldüyünü dedilər. Ancaq onlar təşkilatın idarə heyətinin üzvlərini və onların qərarlarını tənqid etdikləri üçün öldürülmüşdülər”.
Hesabatda o da vurğulanır ki, öldürülən şəxslərin ailələrinə onların döyüşlərdə öldüyü bildirilir. Hətta PKK öldürdüyü bəzi kürd gənclərin dəfnində xüsusi mərasim təşkil edir və beləliklə diqqəti onların öldürülməsindən yayındırmağa, etirazların qarşısını almağa çalışır.
MilliYol.Az
Digər xəbərlər
loading...