Əri Rusiyada olan qadına təcavüz edən Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
MilliYol.Az teleqraf.com-a istinadən xəbər verir ki, Emin Quliyev 18 mart 2015-ci il tarixdə, gecə saat 02.30-da Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsindəki evlərdən birinin yaxınlığına gəlib.
Emin Quliyev orada əvvəllər heç bir münasibətinin olmadığı, əri Rusiyada yaşayan və azyaşlı uşaqları ilə tək qalan Səidə Məmmədovanın (zərərçəkmişin və ailə üzvlərinin adları şərtidir) evinə daxil olub. O, Səidənin azyaşlı uşaqları ilə birlikdə yatdığı otağa girib və cinsi əlaqəyə girmək üçün əynində olan paltarlarını soyundurmağa başlayıb. Bu zaman yuxudan ayılan Səidə Məmmədova buna imkan verməyərək, ona müqavimət göstərib.
Emin Quliyev müqavimət göstərərək əli ilə Səidənin ağzından tutub və cinsi əlaqədə olmaq istəyib. Bu zaman Səidənin 11 yaşlı qızı Vəfa yuxudan oyanıb və otağın işığını yandırıb. Vəziyyətin belə yarandığını görən Emin Quliyev oradan qaçıb.
"Kiminsə mənə toxunduğunu hiss etdim"
Emin Quliyev Cinayət Məcəlləsinin 29.149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi araşdırılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Quliyev ümumiyyətlə bu cinayətlə əlaqəsi olmadığını deyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, həyat yoldaşı Adil 7 ildir Rusiyada yaşayır: "Bu səbəbdən tanışımız Samirin Göytəpə şəhərində yerləşən evində 11 yaşlı qızım Vəfa və 10 yaşlı oğlum Sadiq ilə birlikdə yaşayıram. 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə, saat 02:30 radələrində yatarkən kiminsə mənə toxunduğunu hiss etdim. Əvvəlcə düşündüm ki, oğlumdur, yanımda yatmaq istəyir. Gözümü açanda üstümdə kişi gördüm. O, məni öpür və paltarlarımı çıxarmaq istəyirdi".
Səidə Məmmədovanın sözlərinə görə, həmin şəxs sağ əli ilə onun alt paltarını çıxarmaq istəyib: "Əlimlə paltarımı tutaraq qışqırdım. Səsim çıxmasın deyə digər əli ilə ağzımdan tutdu. Nəticədə sol üst dişim qırıldı və ağzım qanadı. İki əlimlə qulaqlarından tutub üstümdən atdım və var gücümlə qışqırdım. Səsimə qızım Vəfa oyandı. Qızıma dedim ki, işığı yandır. İşıq yananda tanımadığım, orta boylu, təxminən 20 yaşlarında, kürən bir oğlanı üstümdə gördüm. Sonradan bildim ki, bu Emin Quliyevdir. Yenidən qışqırdım. Qızım da yad oğlanı görən kimi qışqırdı. Oğlan üstümdən qalxaraq otaqdan çıxdı.Onun ardınca eyvana çıxdım və ondan kim olduğunu soruşdum. Heç nə demədən bir cüt qara rəngli uzunboğaz ayaqqabıları və qara gödəkçəsini əlinə alaraq qapıya yaxınlaşdı.
"Səhərin açılmasını gözlədim"
Zərərçəkmiş qeyd edib ki, Emin Quliyev eyvanın qapısını açaraq çölə çıxmaq istəyib: "Bu zaman Emin qapının içəridən bağlı olduğunu gördü və məndən qapını açmağı tələb etdi. Mən də qorxumdan qapını açdım. Sonra Emin Quliyev həyətə düşüb, küçə qapısına yaxınlaşdı. Qapı açarla bağlı olduğu üçün hasardan tullanıb getdi. Sonradan bildim ki, o, arxa otağın pəncərəsindən evə daxil olub. Emin Quliyev pilləkəndəki lampanı da açmışdı ki, işığı yandıran olsa onu görə bilməsin.
İşığı yandırıb ətrafa baxdım. Pilləkəndə Emin Quliyevin adına olan bir ədəd hərbi bilet, bir ədəd şəxsiyyət vəsiqəsi və bir ədəd Bakcell operatoruna məxsus sim kart, bir neçə ədəd qırmızı rəngli Bakcell balans kartları və iki ədəd hərbiyə aid sənədlər aşkar etdim. Telefonunda kontur olmadığı üçün heç kimə zəng edə bilmədim. Ona görə səhərin açılmasını gözlədim".
Səidə Məmmədova bildirib ki, səhər açılanda baş verənlərlə bağlı evin sahibinə məlumat verib: "Ev sahibi bu barədə Göytəpə polis bölməsinin əməkdaşı Mehman Quliyevə məlumat verdi və axırıncı digər polis əməkdaşları ilə birgə evə gəldi. Polislər evə baxarkən Emin Quliyevin sənədlərini onlara təqdim etdim. Öncə utandığımdan polis əməkdaşlarına Emin Quliyevin məni zorlamağa cəhd etməsini dəqiq bildirmədim. Lakin sonradan bu barədə həm polisə, həm də rayon prokurorluğuna ərizə ilə müraciət etdim".
"Anamın yatağında oğlan gördüm"
Cinayət işi üzrə şahid qismində ifadə verən Vəfa bildirib ki, 2015-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə anası və kiçik qardaşı ilə birlikdə yaşadığı Göytəpə şəhərindəki evdə, bir otaqda gecələyib: "Həmin gecə, saat təxminən 2 radələrində anamın qışqırıq səsinə yuxudan oyandım. Anam həyacan içində işığı yandırmağımı bildirdi. İşığı yandırdıqda anamın yatağında hündür boylu oğlan gördüm. Sanki oğlan anamın ağzından tutub onu boğmaq istəyirdi. Qorxumdan qışqırmağa başladım, anam da qışqırdı. Həmin oğlan məni görəndən sonra eyvana çıxdı. Səsimizə qardaşım da oyandı. Anam ilə həmin oğlanın arxasınca eyvana çıxdıq. Oğlanın evdən getdiyini gördük".
5 il 6 ay cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Quliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Quliyevin müdafiəçisi Rövşən Qasımov apelyasiya şikayəti verib.
Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, cinayət işinin araşdırılması zamanı Emin Quliyev hadisə yerinə aparılmayıb, hadisə yerində olan izlər, o cümlədən ayaq izləri götürülməyib.
Vəkilin şikayətinə görə, birinci instansiya məhkəməsində məhkəmə lifli ekspertizası keçirilməsi barədə vəsatət versə də, təmin edilməyib. İş üzrə tanıma istintaq hərəkəti aparılmasında iştirak etmiş şəxslər məhkəməyə çağırılaraq əlavə şahid kimi dindirilməyib: "Ümumiyyətlə tanıma zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanımayıb. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri işdəki digər sübutlarla sübuta yetirilmir".
Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, Emin Quliyevin vəkilinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...