Fransada bir iş adamı texnologiya nəhənginin "sürprizi" ilə qarşılaşıb. Milli.az xəbər verir ki, hadisə Fransanın məşhur Kot-d`Azur bölgəsində baş verib.
Le Figaro qəzetinin xəbərinə görə, adı açıqlanmayan bir iş adamı taksi sifariş etmək üçün həyat yoldaşının iPhone markalı telefonundan Uber proqramından istifadə etməli olub.
Öz hesabı vasitəsilə proqramdan istifadə edən iş adamı daha sonra sözügedən tətbiqdən "çıxış" edib. Lakin iddiaya görə, texniki bir səhv səbəbilə çıxış edildiyi halda tətbiqə aid bildirişlər həyat yoldaşının telefonuna gəlməyə davam edib.
Ərindən şübhələnən qadın Uber bildirişlərini təqib edib və yoldaşının taksi çağırdığı zamanlar, gəldiyi, getdiyi yerlər, çalışdığı sürücülər və bir çox sifariş məlumatını əldə edib.
Ərinin yalanlarını bir-bir tutan qadın yoldaşına boşanma iddiası açaraq məhkəməni qazanıb.
Fransız iş adamı isə zərərçəkmiş qismində proqramın sahibi olan amerikalı texnologiya nəhəngi Uber şirkətindən rəsmi olaraq təzminat tələb edib.
İlk məhkəmə iclası gələn ay baş tutacaq iddiada zərərçəkmiş olduğunu iddia edən ər texnologiya nəhəngindən ən az 45 milyon avro məbləğində təzminat istəyir.
Hadisəni araşdıran texnologiya mütəxəssisləri proqramdakı bu səhvin yalnız 15 dekabrda gələn yeniləmədən öncəki iPhone versiyalarında olduğunu ifadə edirlər.
Qeyd edək ki, Uberin aylıq 40 milyon aktiv istifadəçisi var və dəyərinin 60 milyard dollardan çox olduğu təxmin edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...