Hüseyn Bağırova qarşı açıq savaş açmağa risk etməyən Firdovsi Əliyev hələ ki, qapalı danışıqlarla özü haqqında rəy yaratmağa cəhd edir
Bununla yanaşı o artıq nazirlikdə özünəməxsus qruplaşma da yarada bilib və bu qruplaşmaya müxtəlif idarə rəhbərləri də daxildir.
2003-cü ilə qədər Azərbaycanın siyasi elitası daha mürəkkəb və qarşıdurmalarla zəngin bir effekt yaradırdı. Bunun isə bir sıra səbəbləri mövcud idi. İlk səbəblərdən biri isə bu idi ki, 1993-cü ildən etibarən ölkədə söz sahibi olan bir neçə şəxs hakimiyyət daxilində ciddi iddiaları olan qruplaşmalar yarada bilmişdilər. Düzdür, bu qruplaşmalar bir-birinə qarşı amansız olsalarda, prezident Heydər Əliyevə hər biri sədaqətli idi.
Belə qruplaşmalardan biri də mərhum Cəlal Əliyevə məxsus idi. Əsasən alimlərdən və iş adamlarından təşkil edilmiş bu qruplaşma kifayət qədər gücə sahib idilər və güman edilirdi ki, gələcək hakimiyyətin varisləri məhz bu qruplaşma olacaq. Elə buna görə də İlham Əliyev hakimiyyətə gələndə ilk üstüörtülü narazılığı məhz bu qruplaşmadan eşitdi. Amma artıq gec idi və Əli İnsanovun həbsiylə məlum qruplaşma dağıdıldı.
Öncəliklə maliyyə resurslarını əlində cəmləşdirən oliqarx Cəlal Əliyevin qruplaşması sıtradan çıxarıldı, daha sonra isə müxtəlif dövlət postlarında çalışanlar postlarını itirməli oldular. Amma Cəlal Əliyevin qruplaşmasına aid olan və bu günə qədər vəzifəsini qoruyub saxlaya bilən yeganə şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini postunu tutan Firdovsi Əliyevdir. Onun bu günə qədər postunu qoruyub saxlaya bilməsinin isə maraqlı məqamları ortaya çıxıb.
Mənbənin Politico.az-a bildirdiyinə görə ilk sıradan çıxarılmalı olan şəxslərdən biri sayılan Firdovsi Əliyev son anda xilas ola bilib. Belə ki, o öncə nümayəşkarənə şəkildə Əli İnsanovun əleyhinə açıqlamalarla çıxış edib, daha sonra isə dəfələrlə Cəlal Əliyevin çağırışlarına baxmayaraq onunla görüşdən qaçıb. Cəlal Əliyevin görüşünə getməkdən imtina edən Firdovsi Əliyev beləcə yerini möhkəmlədə bilib.
Bu gün isə artıq keçmişi unudan Firdovsi Əliyev yeni iddialarla çıxış etməyə başlayıb. Son parlament seçkiləriundə iştirak etmək üçün cəhdlər edən Firdovsi Əliyev istəyinə nail ola bilməyib. Bundan sonra isə tək məqsədi hazırda çalışdığı nazirlikdə birincinin kürsüsünə sahiblənməkdir.
Mənbənin sözlərinə görə kollektivlə xoş rəftar quran Firdovi Əliyev yuxarı dairələrin diqqətini özünə cəlb etmək üçün PA-ya da müəyyən şəxslərlə müntəzəm görüşlər keçirir, yeni təkliflərlə çıxış edir. Kifayət qədər xarizmatik keyfiyyətlərə malik olan hazırkı nazir Hüseyn Bağırova qarşı açıq savaş açmağa risk etməyən Firdovsi Əliyev hələ ki, qapalı danışıqlarla özü haqqında rəy yaratmağa cəhd edir. Bununla yanaşı o artıq nazirlikdə özünəməxsus qruplaşma da yarada bilib və bu qruplaşmaya müxtəlif idarə rəhbərləri də daxildir. Nazir olmaq üçün Firdovsi Əliyevə maddi dəstəyi də məhz bu idarə rəisləri verəcəkləri bildilir.
Növbəti yazımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyi daxilindəki qruplaşmanın detallarını tam aydınlaşdırıb nəzərinizə çatdıracağıq. Hələliksə tək bunu demək yetərlidir ki, Firdovsi Əliyevi birinci olmağa şirnikləndirən kənar qüvvələr də var və onların məqsədi heç də Firdovsi Əliyevin nazir olması deyil. Əsas məqsəd nazir Hüseyn Bağırovun ləkələməkdir.
Mənbə: Politico.az
MilliYol.az
Digər xəbərlər
loading...