200 nəfər işsiz qaldı
Hələ ötən ilin oktyabr ayında yazmışdıq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ixtisarlar aparılacaq. Bizi məlumatlandıran mənbənin sözlərinə görə, Komitə 60-a yaxın işçisinə növbəti aylardan etibaən işindən ayrılacağı xəbərdarlığını etmişdi.
Lakin o vaxt qaynarinfo.az-a açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı xəbəri təkzib etmişdi:
"Bu məlumatı ilk dəfə sizdən eşidirəm. Tamamilə cəfəngiyatdır. Komitə olaraq, nəinki ixtisar edilir, əksinə yeni vakansiyalar üzrə işçilər cəlb olunur. Vakansiyalar üzrə komitə elanlar verdiyi halda, ixtisarın edilməsi nə dərəcədə doğru ola bilər. Əvvəlki illərə nisbətdə bu il işçilərin sayında artım var. Bu məlumatlar şaiyələrdən başqa bir şey deyil".
Bu gün isə dəyərli mətbuat xidmətinin rəhbəri ixtisarların gedəcəyini təsdiqləyib.
Məlum olduğu kimi, Prezidentin fərmanı ilə Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı 4 publik hüquqi şəxs yaradılıb.
Fərmana əsasən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidmətləri ləğv edilib və əmlaklarıı yeni yaradılan publik şəxslərə verilib.
Ləğv edilən komitələrdə 200-ə yaxın şəxs çalışırdı.
Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı a24.az-a verdiyi açıqlamada bildirib ki, ixtisar olsa da, geniş miqyaslı olmayacaq: “Yaradılan publik hüquqi şəxlərin tabeliyinə ləğv edilən dövlət xidmətinin əməkdaşları cəlb olunacaqlar. Həmin iş, həmin fəaliyyətdir. Sadəcə, cənab prezidentin fərmanına əsasən həmin fəaliyyətlərin müasir tələblərə uyğun qurulması, optimallaşdırılması, onlara yeni status verilməsi nəzərdə tutulub.
Bu müasir çağırışlara adekvat olan addımdır. Komitənin həmin sahələri ki var, həm akkreditasiya, həm Standartlaşdırma İnstitutu, Standartlaşdırma fəaliyyəti, Metrologiya fəaliyyəti, Patent fəaliyyəti bu fəaliyyətlətin daha çevikliyini, modern mexanizmlər üzərində fəaliyyətini və müasir dünyanın tələblərinə uyğun fəaliyyətinin qurulması, sahibkarlara diqqət, qayğı, amillərinin yüksəldilməsi, həmçinin ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühim strukturlar yaradılıb.
Bu strukturlar da köhnə xidmətlərin bazasında yaradılıb”. “Xidmətlərdən biri ləğv olunub – Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti. Və cənab prezidentin digər fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb ki, o fərmanda da göstərilib ki, bu fəaliyyətlə məşğul olan analoji təşkilatların ştat cədvəli əsasında ştatlat qurulub, hazırlansın. Bu da o deməkdir ki, ləğv edilən xidmətin əməkdaşları da təbii ki işsiz qalmayacaqlar. Onlar yeni yaradılan qurumda işlə təmin edilə bilərlər. Bizim komitənin fəaliyyətində ixtisar yalnız (ştat fəaliyyətinin azalması) Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ilə bağlı olacaq. Burda da kütləvi halda ixtisarlardan söhbət belə gedə bilməz. Təbii ki, komitənin fəaliyyətinə digər sahələrində də Nəzarət Xidmətində işləyən təcrübəli (ixtisasları uyğun gələn) əməkdaşların işlə təmin edilməsinə baxılacaq. Bu işlərə artıq bu gündən başlamışıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...