Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, O.Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o, DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...