"Baxın, yerdə qan içində uzanmış bu qız mənim 21 yaşlı qızım, balam Şilandır. O, qardaşımın oğluna ərə getmədiyi üçün öldürüldü. Qızımı qardaşımın oğulları güllələdilər. Qatillərin tapılmasını tələb edirəm!"
MilliYol.Az xəbər verir ki, 50 yaşlı kürd Qazi Necat "Feysbuk"dakı səhifəsində belə yazıb.
Şilan Necatı toyda güllələyiblər. Onu qətlə yetirənlər əmisi oğulları Sefin və Həsən Necatlardır.
İraqı 14 il əvvəl tərk edərək Almaniyaya sığınmış Qazi Necat Hannover şəhərində yaşayır.
Qazinin qardaşı Şilanı böyük oğlu Sefinə almaq istəyirdi. Şilan isə bu izdivaca razı deyildi və Sefinə ərə getməyəcəyini deyirdi.
Toyda da rəqs edəndə Sefin ona yaxınlaşıb, nikaha razılaşmasını istəyib. Şilan "Sənə ərə getmirəm!" deyərək anasının yanına getmək istəyəndə Sefin qəzəblənib və tapançanı çıxararaq Şilanı güllələyib.
22 yaşlı Sefinlə qardaşı Həsən qaçıblar. Polis onları axtarır. (day.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...