Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır.
MilliYol.Az yeniçağ.az-a istinadən xəbər verir ki, mərkəzdəki ən bahalı atlardan biri gənclər və idman naziri Azad Rəhimova məxsusdur.
Məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.
Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib.
Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da suala cavab verən tapılmayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...