AzTV-nin gözdən düşmüş sədrini əvəz edə biləcək ən real namizəd qurumun sədr müavini Elsevər Dünyamalıyev görünür
Faktiki olaraq AzTV-nin bütün yaradıcı heyətlərini və qurumlarını Elsevər Dünyamalıyev idarə edir. Kifayət qədər peşəkar mütəxxəsis hesab edilən Elsevər Dünyamalıyev bu gün qeyri-rəsmi olaraq AzTV kimi nəhəng bir quruma rəhbərliyini həyata keçirir.
Son illər adı müxtəlif qalmaqallarda hallanan Arif Alışanovla hakimiyyət vidalaşma qərarında qətidir. MilliYol-a özəl mənbələrdən daxil olan məlumata görə şübhəli maliyyə söhbətlərindən sonra Arif Alışanovun adının həm də siyasi qruplaşmalarda hallanması yuxarı instansiyaları narahat etməyə başlayıb.
Mənbə bildirir ki, Arif Alışanov AzTV-yə sədr təyin olunandan sonra heç bir şərt olmadan Prezident Admnistrasiyasından gələn zənglərə ayaq üstə cavab verirdi. Amma öz müavini və PA-in görən gözü olan İbrahim Məmmədovu AzTV-dən kənarlaşdırmaqla Arif Alışanov hakimiyyətdaxili qruplaşma oyunlarına qatıldığını sübut etdi və bununla da bir çox dairələrdə etibarını itirdi.
MilliYol-a dazil olan məlumatda bildirilir ki, artıq bir çox hakimiyyət dairələrində Arif Alışanov əvəzlənməsi müzakirə olunur. Hətta bəziləri özünü Arif Alışanovu əvəz etmək üçün lobbiçilik fəaliyyətinə başlayıblar. Lakin AzTV-nin sədri postuna ən real namizədlərdən biri hazırda Arif Alışanovun müavini Elsevər Dünyamalıyev görünür.
Mənbə xatırladır ki, hazırda Elsevər Dünyamalıyev həm AzTV-yə, AzTV idmana, AzTV mədəniyyətə və dövlət radiosuna nəzarəti həyata keçirir. Yəni faktiki olaraq AzTV-nin bütün yaradıcı heyətlərini və qurumlarını Elsevər Dünyamalıyev idarə edir və kifayət qədər peşəkar mütəxxəsis hesab edilən Elsevər Dünyamalıyev bu gün qeyri-rəsmi olaraq AzTV kimi nəhəng bir quruma rəhbərliyini həyata keçirir.
Buna görə istisna olunmur ki, İslam Oyunlarından öncə Elsevər Dünyamalıyevin AzTV-yə sədr təyin olunması məsələsi öz həllini tapsın.
Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...