Azərbaycan neftinin pullarını kimlər talayır?
Dünən "Kəpəz"lə bağlı dərc etdiyimiz yazıda komandanın Bakıda qalmasının səbəbləri, futbolçuların və məşqçi heyətinin harda məskunlaşması barədə məlumat vermişdik.
İki klub rəsmisinin "Sumqayıt"la oyundan sonra qulaq şahidi olduğumuz söhbətindən məlum olmuşdu ki, futbolçular üçün Bakıda villa icarəyə götürülüb. AFFA rəhbərliyinə yaxın şəxslərdən birinə məxsus olduğunu ehtimal etdiyimiz villanın qurumun "Kəpəz"dəki "elçisi" Mikayıl Nərimanoğlu tərəfindən real dəyərindən bir neçə dəfə baha qiymətə rəsmiləşdirildiyini qeyd etmişdik.
Futbolçulardan fərqli olaraq, komandanın iki gəncəli məşqçisi - Füzuli Allahverdiyev və Xaliq Mərdanov üçün başqa ev kirayəyə götürülüb. Özü də ev AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova məxsusdu. Məlumata görə, bu ev Vaqif Sadıqovun arzsu, Mikayıl Nərimanoğlunun istəyi ilə real dəyərindən bir neçə dəfə baha qiymətəyə icarəyə götürülüb.
Həmin yazıda evin icarə haqqını qeyd etməmişdik. Amma ötən gün apardığımız araşdırmalar zamanı bunu dəqiqləşdirə bildik. Adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumata görə, "Kəpəz"in büdcəsindən hər ay Vaqif Sadıqovun cibinə nə az, nə çox - düz 1500 manat gedir. Çünki evin icarəsi 1500 manata rəsmiləşdirilib.
Deyə bilərsiz ki, burda nə var? Bakıda nəyinki 1500 manata, 10000 manata və daha baha qiymətə kirayə evlər var. Amma burda vəziyyət fərqlidi. Vaqif Sadıqovun evi heç də imarət deyil, cəmi 2 otaqdan, olsa-olsa bir mətbəx, bir də hamadan ibarətdi.
Evin real qiymətini öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə ev alqı-satqısı ilə məşğul olan "makler"lə danışdıq. Onlar da bu qiymətə 2 otaqlı mənzilin olmadığını bildirdilər. "Maklerlər"in sözlərinə görə, 1500 manat dəyəri olan 2 otaqlı ev ən azı "Tarqovı"da (Nizami küçəsi) yerləşməli, içində "quş südü" belə əskik olmamalıdı. Bizdə olan məlumata görə, Vaqif Sadıqovun "Tarqovı"da evi yoxdu. Demək ki, "Kəpəz"ə icarəyə verilən mənzilin dəyəri ən azı 2 dəfə artırılıb.
Məliyyə böhranının tüğyan etdiyi ölkəmizin mənzil bazarında da vəziyyət artıq bir neçə ildi bərbad durumdadı. Mənzillərin qiyməti düşüb, kirayə haqqlarını kəskin şəkildə azalıb. Əvvəllər 1000 manata icarəyə verilən evlərin sahibləri indi 500-600 manata icarədar tapa bilmir. Kirayə üçün nəzərdə tutulmuş evlərin əksəriyyəti boş qalıb. Belə bir vaxtda AFFA görəsən hansı məntiqlə 2 otaqlı mənzilə 1500 manat ödəmək qərarına gəlib? Bəlkə bu evin qapıları pultla açılır, içində hovuzu, cakkuzisi var?
Futbolun mərkəzlərindən olan Almaniyanın Berlin şəhərində futbol məktəbi açmaq kimi gülünc fikirə düşmüş bir federasiyadan əslində bundan artıq nəsə gözləməyə dəyməz. Almaniyadakı məktəb bağlananda sevinmişdik ki, heç olmasa bu layihə adı altında ciblərə axan pullar daha havaya sovrulmayacaq. Görünür yanılmışıq. "O olmasın, bu olsun" prinsipi ilə çalışan AFFA rəhbərliyi "Alman məktəbi" kimi absurd layihələrdən artıq qalan pulları indi indi "Kəpəz", "Sumqayıt" adı ilə ciblərə axıdır. Ziyan isə o klubun futbolçusuna, məşqçisinə, bir sözlə Azərbaycan vətəndaşına, Azərbaycan dövlətinə dəyir...
Mənbə: Fanat.az
Digər xəbərlər
loading...