Hindistanda 42 yaşlı qadının gözündən canlı tarakan çıxıb. Selvi adlı qadın bu diaqnoz üçün 4 müxtəlif xəstəxanaya getməli olub.
Məlumata görə, gecənin yarısı burnunda gicişmə hiss edən Selvi əvvəl qrip olduğunu fikirləşib. Amma bir müddət sonra beynində nəyinsə hərəkət etdiyini anlayanda səhərə qədər yata bilməyib və tezdən evinin yanındakı klinikaya gedib. Burda heç bir nəticə əldə edə bilməyərək başqa bir xəstəxanaya gedib. Burda qoyulan diaqnozla razılaşmayan qadın başqa bir xəstəxanaya yola düşüb. 3-cü xəstəxanada gicişmənin səbəbi kimi qadının öz bədəninə yadlaşması göstərildikdən sonra Selvi 4-cü xəstəxanaya getməli olub.
Dördüncü xəstəxananın həkimləri qadının gözündə tarakan olduğunu aşkarlayıblar. Selvi "New Indian Express" qəzetinə verdiyi açıqlamada bu hissi tam olaraq açıqlaya bilmədiyini, amma içəridə böcək olduğundan əmin olduğunu deyib.
Xəstəxananın Qulaq burun boğaz şöbəsinin baş həkimi Shankar "Times of İndia" nəşrinə verdiyi açıqlamada böcəyin canlı qaldığını deyib: "Sağ idi və heç bayıra çıxmağa niyyəti yox idi. Beyin qapağının çəpərində, gözlərin arasında, beyinə yaxın bir yerdə dayanmışdı. Olduqca böyük tarakan idi." - deyə həkim qeyd edib.
Həkimlər tarakanı vakkumla çıxarmağa çalışsalar da, böcək toxumalara yapışıb. 45 dəqiqə davam edən əməliyyatdan sonra vakkum və maqqaşın köməyi ilə tarakan qadının gözündən diri çıxarılıb. Böcəyin burda 12 saatdan çox qaldığını deyən həkimlər, bir az da gecikəcəkləri təqdirdə infeksiya səbəbindən Selvinin ölə biləcəyini qeyd ediblər. (missiya.az)
MilliYol.Az
Digər xəbərlər
loading...