Terror təşkilatı olan İŞİD peşmərgə və YPG sıralarında döyüşdükdən sonra Danimarkaya geri qayıdan Joanna Palaninin başına 1 milyon dollar mükafat təyin edib.
MilliYol.Az cebhe.info-ya istinadla xəbər verir ki, barəsində ölkəsində cinayət işi açılan Palani iştirak etdiyi döyüşlərdə 100-dən çox İŞİD döyüşçüsünü öldürüb. Buna görə də İŞİD-in 1 nömrəli hədəfi seçilib.
Hazırda Danimarkada yaşadığı deyilən qadının 23 yaşı var, İran əsillidir. İraq və Suriyada döyüşüb. Daha sonra Danimarkaya gedib və geri qayıtmaması üçün 2015-ci ildə pasportu müsadirə olunub. Ancaq qadağaya baxmayaraq, döyüşə qayıtmağı bacaran gənc qadın yenidən Danimarkaya döndüyündə mətbuata verdiyi açıqlamada hətta Dohaya qədər getdiyini etiraf etmişdi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...