Onun pulu hər il 10 faiz azalırdı. Çünki pullarını siçovullar yeyirdi. Haqqında danışacağımız adam yaşadığı dövrün ən məşhur və ən zəngin insanlarından olub. Söhbət 1970-ci illlərdə narkotik ticarətinə başlayan bir çox insanın tanıdığı narkobaron Pablo Eskobardan gedir.
MilliYol.Az musavat.com-a istinadən Eskobar haqqında bilmədiyiniz maraqlı faktları təqdim edir.
1 dekabr 1949-cu ildə dünyaya gələn narkobaron, yaşadığı dövrdə dünyanın ən zəngin insanları siyahısına girməyi bacarıb. Minlərlə düşməni və eləcə də xeyli dostu olub. Pablo Eskobarın atası kənddə müəllim idi. Kasıb ailədə böyüyən narkobaron, turistlərə məzar daşlarını satmaqla kriminal aləmə addım atıb.
Daha sonra avtomobil oğurlayıb satırdı. 1970-ci ildə narkotik alverinə başlayan Eskobar artıq tanınırdı. 1975-ci ildə Kolumbiyanın Medellin bölgəsində ən böyük narkobaron rəqibini öldürərək, özü ən böyük olub.
80-ci illərdə Amerikada narkotik alverinə 80 faiz nəzarət var idi. Ən böyük narkotik tələbatı da elə Amerikada idi. Eskobar atıq Amerikadan kənarda, Porto Riko və Meksikada da narkotik alverinə başlayır. Getdikcə alış-veriş əlaqələri böyüyürdü.
Əlaqələri böyüdükdən sonra narkotik satışının təşkili üçün okeanda bir adada hava limanı tikdirməyi fikirləşirdi. Çünki Eskobar get-gedə dünyanın bir nömrəli narkobaronuna çevrilirdi. Bağlantıları artıq Asiyaya qədər uzanmışdı. 1980-ci illərdən güclənməyə başlayan Eskobar 1989-cu ildə dünyanın ən zəngin 7-ci adamı oldu. Bu haqda məşhur “Forbes” jurnalı da yazmışdı.
Eskobar dövlətlə paralel bir gücə sahib idi. O, həbs olunduğu zaman “Məni buraxsanız, dövlətin bütün xarici borclarını bağlayaram” deyə biləcək qədər zəngin idi. Eskobar ilə dövlət arasında qəribə bir münasibət var idi. İlleqal işlərini gördüyü zaman, ona mane olan Kolumbiyalı hakim, polis, dövlət adamları bir başa Eskobarın əmri ilə öldürülürdü. Bir zamanlar parlamentin üzvü də seçilmişdi.
Eskobar hər nə qədər dünyanın ən zəngin insanları sırasında olsa da, böyüdüyü kəndin insanları, ümumiyyətlə bir çox insanlarla yaxşı münasibət qurmağı bacarmışdı. Məktəblər, xəstəxanalar, stadion və parklar tikdirərək kolumbiyalılara dəstək verib.
Eskobarın evinin həyətində yekə bir zoopark var idi. Evinə basqın olan zaman polislər həmin zooparkı görəndə çaşqınlığa uğramışdı. Çoxlu sayda gərgədanları bir arada görən polislər onları sərbəst buraxmaq qərarı verib.
Eskobar ilk narkotik alverini həyata keçirdiyi təyyarəni xatirə olaraq alıb saxlamışdı. Daha sonra xatirəsini əbədiləşdirmək üçün həmin təyyarəni evinin girişinə qoydurmuşdu.
Özünə aid olan “La Cathedral” adı ilə bilinən həbsxanasına, 1994-cü ildə dünya kuboku uğrunda yarışacaq olan Kolumbiyanın milli futbol komandasını gətirərək orada məhbuslarla futbol matçı təşkil etmişdi. Daha sonra milli komandanın qapıçısı Eskobarı ziyarət etdiyinə görə komandadan qovulub.
Eskobar milli komandanı həbsxanaya çağırmasını isə belə izah etmişdi: “Əgər “Xaç atası” sizi yeməyə dəvət edirsə, getməlisiniz”.
Qızını isitmək üçün 2 milyon dolları yandırmışdı. Oğlunun dediklərinə görə, polisdən qaçaraq qızı ilə birlikdə dağ evində gizlənən Eskobar, övladının üşüməməsi üçün 2 milyon dolları yandırıb. Bəzi iddialara görə, bu məbləğ 3 miyon olub.
İddialar görə, Eskobar pulunu dəstələrə ayırmaq üçün ayda 2500 dollarlıq rezin ip alırmış. Görünən fotoda tam 207 milyon dollar var.
Amerika və İnterpol tərəfindən hər yerdə axtarılan Eskobar Ağ Evin qarşısında şəkil çəkdirib. Narkotik alveri etdiyi dövrlərdə dünyanın 90% narkotik tələbatını ödəyən Eskobar, həyatında bir siqaret belə, çəkməyib. Eskobarın əmri ilə 4 mindən çox adam öldürülüb. Bunlardan çoxu dövlət adamları olub. Buna səbəb isə onun işinə mane olmaları idi.
Axtarışda olduğu müddətdə ABŞ və Kolumbiyaya savaş açan Eskobar hər öldürülən polis üçün min dollar ödəyəcəyini söylədikdən sonra Kolumbiyada 147 polis öldürüb.
Həbsxanada olan zaman başqa bir həbsxanaya köçürüləcəyini öyrənən narkobaron ona hər mövzuda köməklik göstərən bir siyasətçidən kömək istəyib. Lakin həmin siyasətçi, bu mövzuda ona kömək edə bilməyəcəyəni deyib. Qəzəblənən narkobaron siyasətçinin səyahət edəcəyi təyyarəyə bomba qoyduraraq partlatmışdı. Lakin Cesar Gaviria təyyarənin içində deyildi. Qəza zamanı 110 nəfər həlak olmuşdu.
Təyyarə qəzası da daxil olmaqla, təşkil etdiyi cinayətlər artıq onu nüfuzdan salırdı. O, xalq arasında olan dəstəyini də itirir. Həmin dövrdə ABŞ və Kolumbiya hökuməti “Eskobarın öldürdüyü adamların yaxınları” adlı təşkilat da yaratmışdı.
Pablo Eskobarın ən zəif nöqtəsi ailəsi idi. Kolumbiyada doğulduğu kənddə gizlənən narkobaronun ailəsi ABŞ və Kolumbiya hökuməti tərəfindən bir-bir həbs olunmağa başladı. Övladlarından narahat olan Eskobar həbs olunacağını bilə-bilə oğlu ilə telefonla danışıb.
Əfsanənin sonu
Kolumbiya hökuməti Eskobarı yaxalaya bilmək üçün ABŞ-dan dəstək istəyib. Əməliyyata qoşulan ABŞ-ın xüsusi təyinatlı əsgərləri Eskobarı evin damından qaçarkən güllələyərək, öldürüb.
Narkobaronu öldürdükdən sonra onun meyiti ilə birgə şəkil çəkdirən polislər daha sonra həmin fotonu polis muzeyində də sərgiləyiblər. Lakin bu, əhali tərəfindən bir o qədər də xoş qarşılanmayıb. Çünki Eskobarı nə qədər sevməyən var idisə, bir o qədər də sevən var idi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...